Və şəhərimizin gözəlliyinə xidmət edən bu insanları bəziləri, hətta "nindza" adlandırırlar. Məhz bu yanaşma ondan dolayı meydana çıxıb ki, onlar daim üzü bağlı çalışırlar və peşələri onları həyatla ölüm arasında saxlayır.
Əslində isə, onların üzlərini gizləməsinin iki səbəbi ola bilər: ya onlar süpürgəçi işlədiklərindən utanır, kiminsə onları tanımaması üçün belə edirlər, ya da bu yolla özlərini toz-torpaqdan qoruyurlar.
Əslində, onlar çox vacib işlə məşğuldurlar və burada utanmalı heç nə yoxdur.